"Real Madrid" uşaqlıq arzum olub"

Şilili futbolçu Arturo Vidal bu bardə İspaniya mediasına açıqlama verib.

Sportline.az xəbər verir ki, ulduz futbolçu ən çox oynamaq istədiyi klubun “Real Madrid” olduğunu bildirib.

“Real Madrid”də oynamaq uşaqlıq arzum olub. Məşhur futbolçular siyahısına qatılanda isə hər zaman “Kral” klubunda çıxış etmək arzusu ilə yaşamışam”

Qeyd edək ki, Arturo Vidal karyerası ərzində “Barselona”, “Yuventus”,”İnter”, “Bavariya” və “Bayer Leverkuzen” klubunda çıxış edib.