"Real Madrid" və "Barselona" transfer yarışına girib

"Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyams yayda komandasını dəyişə bilər.

Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, "Real Madrid" və "Barselona" klubları Niko Uilyamsın xidmətində maraqlıdır.

Bu keçid üçün Bilbao klubu qarşı tərəfdən ən azı 70 milyon avro tələb edir.

Qeyd edək ki, Niko Uilyams ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.

Onun "Atletik"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.