"Real Madrid" və "Barselona" transfer yarışına girib

“Barselona” və “Real Madrid” “Qalatasaray”ın futbolçusu Viktor Osimhenin xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, həm “Barselona”, həm də “Real Madrid” nigeriyalı hücumçu üçün mübarizəyə hazırlaşır. Transferin dəyərinin 100 milyon avronu keçə biləcəyi bildirilir.

Qeyd olunur ki, “Barselona” Levandovskinin əvəzləyicisini axtarır, “Real Madrid” isə Benzemanın gedişindən sonra klassik hücumçu çatışmazlığını aradan qaldırmaq istəyir.