“Real Madrid” və “Bavariya” ingiltərəli ulduz üçün yarışa girib
“Mançester Siti”nin ingiltərəli futbolçusu Fil Foden mövsümün sonunda klubunu dəyişə bilər.
Sportline.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” və “Bavariya” Fodenlə yaxından maraqlanır.
24 yaşlı futbolçunun transfer qiyməti 120 milyon avrodur.
Qeyd edək ki, Foden bu mövsüm çıxış etdiyi 32 oyunda 10 qol və 5 asistlə yadda qalıb.