“Real Madrid” yenə öz ampulasında
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçında "Mançester Siti" "Real Madrid"i qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə nəticələnib.
"Mançester Siti" 2:3 "Real Madrid"
Qollar: Erlinq Haaland, 19, 80 (pen), Kilian Mbappe, 60, Brahim Diaz, 86, Cud Bellingem, 90+2
Qeyd edək ki, bu cütün cavab matçı 19 fevral Madriddə olacaq.