"Real Madrid" yeni mövsüm üçün 2-ci transferini edib

"Real Madrid" "Bormunt"un ispaniyalı gənc futbolçusu Din Hayseni heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano "X" hesabında paylaşım edib.

Madrid klubu 20 yaşlı stoper üçün "Bormunt"a 50 milyon avro ödəyəcək.

Qeyd edək ki, Din Haysen bu mövsüm çıxış etdiyi 34 matçda 3 qol 1 asistlə yadda qalıb.