"Real Madrid" yeni transferini rəsmi olaraq açıqlayıb
"Real Madrid" müdafiə xəttini gücləndirmək üçün İngiltərədən transfer həyata keçirib.
Sportline.az xəbər verir ki, "Los Blankos" Premyer Liqa təmsilçilərindən olan "Bournmut" klubunda çıxış edən Din Höysenlə müqavilə imzalayıb.
Klubdan verilən məlumata görə, 20 yaşlı futbolçu ilə 2030-cu ilə qədər anlaşma əldə olunub.
"Real Madrid" gənc müdafiəçi üçün "Bournmut"a 50 milyon funt sterlinq ödəyəcək.
Din Höysen yeni komandası ilə FİFA Klublararası Dünya Kubokunda da çıxış edə biləcək.