"Real Madrid" yoxsa "Barselona"?
"Yuventus"un futbolçusu Duşan Vlahoviç karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid" və "Barselona" 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.
Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
Qeyd edək ki, D.Vlahoviçin "Yuventus"la müqaviləsi bu yay başa çatacaq.