"Real Madrid"də braziliyalı futbolçunun təqdimat mərasimi keçirilib

"Real Madrid" bu gün "Palmeyras"dan heyətinə qatdığı 18 yaşlı futbolçu Endrik üçün təqdimat mərasimi keçirib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, gənc hücumçu "Kral klubu" ilə rəsmi müqavilə imzaladıqdan sonra bu fikirləri səsləndirib.

"Mən çox xoşbəxtəm, çünki uşaqlıqdan "Real"ın fanatı idim.Və mən indi burdayam.Bu inanılmazdır.Duyğularımı sözlərlə ifadə edə bilmirəm.Mən həmişə burada olmaq istəyirdim.Hərkəsə təşəkkürlər" deyə Endrik bildirib.

Futbolçu yeni klubunda 16 nömrəli forma ilə çıxış edəcək.Oyunçu artıq tibbi müayinədən keçib.Təqdimatdan sonra futbolçu Madrid klubunun üzvü kimi ilk mətbuat konfransını keçirəcək.

Qeyd edək ki, Endrik 47 milyon avro qarşılığında paytaxt klubunun sıralarına qoşulub.