"Real Madrid"dən 50 milyon avroluq transfer
"Benfika"nın ispaniyalı sol cinah müdafiəçisi Alvaro Karreyras "Real Madrid"ə transfer olmağa yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda "Relevo" nəşri məlumat yayıb.
Madrid klubu Karreyras üçün "Benfika"ya 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 22 yaşlı futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 50 matçda 4 qol 5 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Alvaro Karreyras "Real Madrid"in öz yetirməsidir.