"Real Madrid"ə şad xəbər

"Real Madrid"in kapitanı Dani Karvahal uzun müddətli diz zədəsindən sonra bərpa prosesində irəliləyiş əldə edib və 2025-ci ilin iyununda ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Kubokuna qədər tam formada olmağı hədəfləyir.

Sportline.az xəbər verir ki, 2024-cü ilin oktyabrında Villarreal ilə matçda ön çarpaz bağ, yan bağ və dizin arxa küncündəki zədələr səbəbindən əməliyyat olunan Karvahalın bərpa müddətinin 8-10 ay çəkəcəyi proqnozlaşdırılmışdı. Lakin son məlumatlara görə, onun reabilitasiyası gözləniləndən daha sürətlə irəliləyir. 

Karvahal FIFA-nın saytına müsahibəsində, "Bu zədə məni uzun müddət meydandan uzaqlaşdırdı və başlanğıcdan etibarən bunu bir çağırış kimi qəbul etdik — Klublararası Dünya Kubokuna optimal vəziyyətdə çatmaq üçün çalışırıq və həqiqətən, hər şey çox yaxşı gedir," deyə bildirib.