"Real Madrid"in argentinalı gənc futbolçunu heyətinə qatacaq

"River Pleyt"in argentinalı futbolçusu Franko Mastantuono karyerasını "Real Madrid"də davam etdirməyə yaxındır.

Sportline.az "Tyc Sports"a istinadən xəbər verir ki, "Real" Franko ilə ilkin razılıq əldə edib.

17 yaşlı futbolçu üçün Madrid klubu 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Frankonun "River Pleyt"lə müqaviləsi 2026-cı ilin dekabr ayının 31-ə qədər nəzərdə tutulub.

O, ötən mövsüm meydana çıxdığı 19 matçda 7 qol 4 məhsuldar ötürmə ilə yadda qalıb.