“Real Madrid”in gözü “Osasuna”nın futbolçusuna düşüb

"Real Madrid" "Osasuna"nın xorvatiyalı forvardı Ante Budimiri heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "Diario As" qəzeti məlumat yayıb.

Madrid klubunun çalışdırıcısı Xabi Alonso 33 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, A.Budimirin transfer qiyməti 10 milyon avrodur.

O, ötən mövsüm meydana çıxdığı 42 matçda 24 qol 4 asistlə yadda qalıb.