"Real Madrid"in Konate planı
"Real Madrid"in yeni transfer planı üzə çıxıb.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, Madrid klubu "Liverpul"un fransalı futbolçusu İbrahima Konateni gələn ilin yayında azad agent kimi heyətinə qatmağı planlaşdırır.
26 yaşlı stoperin dəyəri 60 milyon avro olaraq qiymətləndirilir. O. ötən mövsüm meydana çıxdığı 42 matçda 2 qol 2 asistlə yadda qalıb.