"Real Madrid"in Rodri planı
"Real Madrid"in yeni transfer planı üzə çıxıb.
Sportline.az "RM Confidencial" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçisi Rodri "Real"ın transfer siyahısında yer alıb.
"Los Blankos" 28 yaşlı futbolçunu gələn ilin yayında transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Rodrinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 110 milyon avro olaraq qiymətləndirilir.
O, ötən mövsüm zədə səbəbindən cəmi 4 rəsmi matçda iştirak edə bilmişdi.
Xatırladaq ki, Rodrinin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.