"Real Madrid"in ulduzu əməliyyat olacaq
Cud Bellingem artıq bir mövsümdən çoxdur ki, sağ çiynindəki problem səbəbindən əziyyət çəkir və bu zədə hələ də tam sağalmayıb.
Sportline.az xəbər verir ki, ötən həftə futbolçu Klubların Dünya Çempionatından sonra əməliyyat olunacağını açıqlayıb.
Bu xəbər Bellingemin 2025-ci ilin qalan hissəsini buraxa biləcəyi qorxusu yaratmışdı.
Lakin "Diario As” nəşrinin məlumatına görə, ingiltərəli yarımmüdafiəçi əməliyyatdan sonra cəmi 3 ay yaşıl meydanlardan uzaq qalacaq.