"Real Madrid"in yeni planı üzə çıxıb

"Real Madrid" "Mançester Siti"nin ispaniyalı futbolçusu Rodrini gələn ilin yayında heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "Diario As" qəzeti məlumat yayıb.

Madrid klubu Rodri üçün 90 milyon avronu gözdən çıxarıb. 

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O, ötən mövsüm cəmi 4 matçda meydana çıxıb. 

Xatırladaq ki, Rodri 2019-cu ilin yayında "Atletiko Madrid"dən "Mançester Siti"yə 70 milyon avro qarşılığında transfer olmuşdu.