"Real" möhtəşəm geridönüşlə finalda!

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Sportline.az xəbər verir ki, "Real" ilk oyunda 3:4 hesabı ilə uduzduğu "Mançester Siti"ni qəbul edib.

Görüş dramatk məcrada keçib. Oyunda hesabı qonaqlar açıb və matçın son dəqiqələrinə qədər üstünlüyünü qoruyub. Ancaq Madrid klubunun hücumçusu Rodriqo 90 və 90+1-ci dəqiqələrdə dubl edərək komandasını məğlubiyyətdən xilas edib, görüş əlavə vaxta gedib. Əlavə vaxtda isə Kərim Benzema penaltidən fərqlənib və "Real" möhtəşəm geridönüşlə finala yüksəlib. 

Karlo Ançelottinin komandası finalda "Liverpul"la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

4 may

23:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1

Qollar:  Mahrez, 73 (0:1), Rodriqo, 90 (1:1), 90+1 (2:1), Benzema, 95-pen. (3:1)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, "Santyaqo Bernabeu" stadionu.

İlk oyun - 3:4

3 may

"Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

İlk oyun - 0:2.