"Real" qalib gəldi, "Atletiko" autsayderə uduzdu
İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma olub.
Üç qolun qeydə alındığı “Kadis” – “Betis” matçında qonaqlar qələbə qazanıblar. “Vilyarreal” da evdə “Atletik”ə məğlub olub.
Səfərdə autsayder “Malyorka” ilə qarşılaşan Madrid “Atletiko”su turu məğlubiyyətlə başa vurub. Lider “Real” isə “Xetafe”ni 2 cavabsız qolla üstələyib.
İspaniya La Liqası
31-ci tur
9 aprel
"Kadis" – "Betis" - 1:2
Qol: Alexo, 58 – Tello, 78. B.İqlesias, 85.
"Malyorka" – "Atletiko" - 1:0
Qol: Muriqi, 68-pen.
"Vilyarreal" – "Atletik" 1:2
Qol: Pedraza, 60 – R.Qarsiya, 43.
"Real" – "Xetafe" -2:0
Qol: Kazemiro, 38. Lukas, 68.
Turnir cədvəlinə 72 xalla "Real" başçılıq edir. "Sevilya" 60 xalla 2-ci, ehtiyatda iki oyunu olan "Barselona" isə 57 xalla 3-cüdür.