"Real Sosiedad" "Mançester Siti"nin futbolçusu ilə anlaşıb

La Liqa klublarında "Real Sosiedad" "Mançester Siti"də çıxış edən Serxio Qomezi heyətinə qatıb.

Sportline.az San -Sebastyan klubunun rəsmi hesabına istinadla xəbər verir ki, sol cinah müdafiəçisi ilə 2029/2030 mövsümünün sonuna qədər müqavilə imzalanıb. 

Mətbuatın yazdığına görə, 23 yaşlı ispaniyalının transferi "Sosyedad"-a bonuslar daxil olmaqla 10 milyon avroya başa gəlib.

"Barselona" klubunun yetirməsi olan Sexio Qomez 2018-ci ildə Dormundun "Borussiya" klubuna keçib.2019-2021 ci illərdə futbolçu icarə əsasında "Hueska" klubuna oynayıb.2021-ci ilin yayında "Anderlext"ə transfer olunan Qomez 1 il sonra "Mançester Siti"nin yolunu tutub.

Qeyd edək ki, Qomez ötən mövsüm "şəhərlilər"in heyətində 15 oyuna çıxıb və 1 asist edib.