"Real Sosyedad" yaponiyalı futbolçusu ilə yollarını ayıra bilər

"Real Sosyedad" yaponiyalı futbolçusu Takefuso Kubonu satmaq qərarına gəlib.

Sportline.az "El Diario Vasco" nəşrinə istinadən xəbər verir ki, Kubo üçün "Sosyedad" 60 milyon avro tələb edir.

23 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, T.Kubo bu mövsüm meydana çıxdığı 52 matçda 7 qol 4 asistlə yadda qalıb.