"Real Sosyedad"ı "Arsenal"a dəyişdi
"Arsenal" "Real Sosyedad"dan Martin Zubimendini transfer edib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sabah tibbi müayinədən keçəcək və onunla müqavilə imzalanacaq.
"Arsenal" bu transferə görə "Real Sosyedad"a 51 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Arsenal" bundan əvvəl "Real Sosyedad"dan Mikel Merinonu heyətinə qatmışdı.