"Real" "Yuventus"dan daha yaxşı komandadır" - Buffon

"Ümid edirəm, bu dəfə nəticə fərqli olacaq və arzularımızı həyata keçirə biləcəyik". SportLine.az xəbər verir ki, bu sözləri "Yuventus"un qapıçısı Canluici Buffon "Real"la görüşdən öncə verdiyi açıqlamada deyib.

Turin klubu UEFA Çempionlar Liqasının 1/4 finalında Madrid təmsilçisi ilə qarşılaşacaq. Oyundan öncə fikirlərini bölüşən C.Buffon "Real"ı tarixin ən yaxşı komandası adlandırıb:

"Real" "Yuventus"dan daha yaxşı komandadır. Bunu mən demirəm, tarix deyir. Bu komandanın əldə etdiyi uğurlar, çempionluqlar dediklərimi təstiq edir. Biz də qalib gəlmək, Çempionlar Liqasında kubok qazanmaq istəyirik. Ancaq, bu, çox çətin görünür. 

Finaldakı 1:4 hesablı məğlubiyyəti xatırlamaq istəmirəm. Həmin gün bizdə alınmadı. 

Heç bir komanda məğlubedilməz deyil. Rəqib güclü ola bilər. Amma biz də xəyallarımız gerçəkləşdirmək niyyətindəyik".

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü bu gün, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.