"Real" yeni baş məşqçisi ilə müqavilə bağlayıb

"Real Madrid" yeni baş məşqçisi Xabi Alonso ilə 2028-ci ilədək müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun bildirdiyinə görə ispaniyalı mütəxəssis yeni işinə Klublararası dünya çempionatında başlayacaq.

Bu yarış iyunun 15-dən iyulin 13-dək ABŞ-də keçiriləcək.

Qeyd edək ki, "Bayer"in mətbuat xidməti ötən həftə Alonsonun mövsümün sonunda klubdan ayrılacaqğı haqda xəbər vermişdi.