"Real" yeni formasını təqdim etdi
"Real Madrid" yeni mövsüm üçün səfər dəstini təqdim edib.
Sportline.az xəbər verir ki, madridlilər 2025/2026 mövsümündə bu qiyafədən yararlanacaqlar.
Texniki sponsor yenə də Almaniyanın məşhur Adidas firmasıdır.
Xatırladaq ki, Kral klubu son sezonu ikinci pillədə başa vurub.
Madridlilər çempion "Barselona"dan 4 xal geridə qalmışdılar.
Yeni mövsümdə komandanı yeni baş məşqçi Xabi Alonso çalışdıracaq.