"Real" Zidana əvəzləyici tapdı
"Real" mövsümün sonunda Zinəddin Zidanla yolları ayıra bilər. SportLine.az "Mail"ə istinadən xəbər verir ki, artıq "kral klubu" mütəxəssisə əvəzləyici də tapıb.
Madrid təmsilçisi fransalı mütəxəssisin əvəzinə "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonu komandaya gətirmək niyyətindədir.
Qeyd edək ki, argentinalı mütəxəssis 2014-cü ildən London klubunun uğurları üçün çalışır.