"Real"dan Saliba həmləsi
"Real Madrid" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Arsenal"ın fransalı müdafiəçisi Vilyam Saliba "Real"ın əsas transfer hədəfinə çevrilib.
24 yaşlı futbolçunun "Arsenal"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Saliba bu mövsüm çıxış etdiyi 44 matçda 2 qolla yadda qalıb.