"Real"dan yeni müdafiəçi transferi

"Real Madrid" "Benfika"nın ispaniyalı sol cinah müdafiəçisi Alvaro Karreyrası heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya klubu 22 yaşlı futbolçu üçün ən azı 35 milyon avro tələb edir.

Karreyas bu mövsüm meydana çıxdığı 52 matçda 4 qol 4 məhsular ötürmə müəllifi olub.

Qeyd edək ki, gənc futbolçunun "Benfika" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.