"Real"ın əfsanəvi futbolçusu özünü Bundesliqada sınamaq istəyir

"Real" Madridin keçmiş futbolçusu və ikinci komandasının baş məşqçisi Raul Qonzales yayda klubu tərk etmək istəyir.

Sportline.az Bild-ə istinadla xəbər verir ki, ispan mütəxəssis klub rəhbərliyinə ayrılmaq istəyini bildirib.

Raul karyerasına Almaniyada davam etmək istəyir.

Onu "Bayer" Leverkuzenin baş məşqçisi və "Real" Madridin keçmiş oyunçusu Xabi Alonsonun təcrübəsinin ilhamlandırdığı bildirilir.

Qeyd edək ki, 46 yaşlı çalışdırcı futbolçuluq karyerasının sonlarında Almaniyanın "Şalke 04" klubunda çıxış edib.