"Real"ın futbolçusundan yeni rekord

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Junior yeni rekorda imza atıb.

Sportline.az "Opta Sport" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə Ukrayna "Şaxtyor"una 2:3 hesabı ilə uduzduğu görüşdə nail olub.

Braziliyalı forvard 59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra fərqlənə bilib. Junior müdafiəçinin səhvindən yararlanıb və komandasının ikinci qoluna imza atıb. Bu, rəsmi statistikaların qeydə alınmağa başladığı 2006/2007 mövsümündən sonra rekord sayılır.

Vinisius Junior 2018-ci ildən "Real Madrid"də çıxış edir.