Renat Dadaşov oynadı, "Ayntraxt" məğlub oldu
Azərbaycanlı futbolçu - Renat Dadaşovun şərəfini qoruduğu "Aytraxt" yoldaşlıq görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Frankfurt təmsilçisi ABŞ toplanışı çərçivəsində “San Xose” klubu ilə qarşılaşıb.
Oyun Amerika klubunun qələbəsi ilə yekunlaşıb - 4:1.
“Ayntraxt”ın yeganə qolunu 83-cü dəqiqədə Danni Blum vurub. Qolun ötürməsini isə ikinci hissədə meydana daxil olan Dadaşov verib.