Renat Dadaşovun qələbə sevinci

Milli komandamızın hücumçusu Renat Dadaşov UEFA Millətlər Liqasında Slovakiyaya qalib gəldikləri oyundan (2:1) sonra  İnstaqram hesabında paylaşım edib.

Sportline.az xəbər verir ki, matçda ilk qolun müəllifi olan 23 yaşlı futbolçu millidə ilk qolu vurduğuna görə sevindiyini bildirib:

"Ölkəm üçün ilk qolumu vurdum. Möhtəşəm oyun üçün komandama təşəkkür edirəm. Bu qələbəni azarkeşlərimizin sayəsində qazandıq. Bu hissləri sözlərlə ifadə etmək olmur. Davam edirik".

Banner