Renat Dasayevdən maraqlı açıqlama

"Spartak"ın əfsanəsi Rinat Dasayev maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, “Zenit”i Braziliya millisi adlandırıb.

Əfsanəvi qapıçı “Sports”a verdiyi müsahibədə bu fikirləri səsləndirib: “Düzünü desək, “Zenit” “Zenit” deyil Braziliya millisidir. Bizimkilər haradadır? Həmişə özümə sual verirəm ki, bəs, akademiya nə üçündür? Əgər övladlarınıza yuxarı doğru hərəkət etməyə imkan vermirsinizsə, akademiyanın nə mənası var?”.

Xatırladaq ki, Rinat Dasayev Rusiya millisində keçirdiyi 91 oyunun 44-ündə qapısını toxunulmaz saxlamağı bacarıb. O, 1988-ci ildə SSRİ seçmə komandası ilə Avropa Çempionatının qalibi olub.

Qeyd edək ki, RPL-də 21 turdan sonra turnir cədvəlinə 41 xalla “Zenit” başçılıq edir.

İkinci sırada yer alan Murad Musayevin “Krasnodar”ının 40 xalı var.

İlk üçlüyü 38 xalla “Dinamo” qapayır.