Rəşad Sadıqov İsrailə getdi
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibləri olan "Makkabi"nin oyununu canlı izləyəcək.
Sportline.az xəbər verir ki, o, Tel-Əviv təmsilçisinin matçına baxmaq üçün köməkçisi Eltun Yaqublu ilə birlikdə İsrailə yollanıb.
"Makkabi" bu gün "Toto" kubokunda Netanya "Makkabi"si ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq.