Rəşad Sadıqov komandasını toplayır

Azərbaycanın 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarının 2018-ci ildə ilk təlim-məşq toplanışının vaxtı müəyyənləşib.

Sportline.az "Report”a istinadən xəbər verir ki, yığmalar yeni baş məşqçi Rəşad Sadıqov rəhbərliyi altında yanvarın 9-da Türkiyənin Antalya bölgəsində hazırlığa başlayacaq. Toplanış yanvarın 26-dək davam edəcək.