Rəşad Sadıqov "Mançester Siti"nin düşərgəsində

Azərbaycanın U-20 və U-21 komandalarının baş məşqçisi Rəşad Sadıqov "Roma"dan sonra "Mançester Siti"nin düşərgəsində iki günlük səfərdə olub. SportLine.az xəbər verir ki, "Qarabağ"ı kapitanı bu müddət ərzində komandanın strukturu ilə tanış olmaqla yanaşı, “şəhərlilər”in "Tottenhem"lə matçını və məşqini canlı izləyib.

Məşqi izləyənlər arasında Dortmund "Borussia"sının keçmiş baş məşqçisi Tomas Tuxel və Braziliya milli komandasının qapıçılar üzrə baş məşqçisi Taffarel də olub.