Rəşad Sadıqov milliyə baş məşqçi təyin olundu!

Rəşad Sadıqovun 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə baş məşqçi təyin olunması ilə bağlı yayılan xəbər təstiqini tapıb. SportLine.az xəbər verir ki, bu barədə Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Sumqayıt" görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.

"Sabah yox, birisigün rəsmi açıqlama ola bilər. İnşallah, dəyişikliklər baş verəcək", - deyən Azərbaycan millisinin və "Qarabağ"ın çalışdırıcısı R.Sadıqovun futbolçu karyerasını davam etdirib-etdirməyəcəyi məsələsinin hələ müəmmalı qaldığını bildirib: "Rəşad bir il də oynamaq düşüncəsində idi, ən azı maya kimi oynamaq istəyirdi. Rəşad bizə meydanda lazımdır. İstərdik ki, meydanda da olsun. Ancaq bu məsələni zamana buraxacağıq. Tam işin içində olduqdan sonra bu haqda qərar veriləcək".