Rəşad Sadıqovun ilk rəqibi - Gürcüstan
Rəşad Sadıqovun rəhbərlik etdiyi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsinin Türkiyə toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
SportLine.az xəbər verir ki, millimiz yanvarın 23-də Gürcüstan komandası ilə qarşılaşacaq. Bu barədə qonşu ölkənin futbol federasiyası məlumat yayıb.
Qeyd edək ki, seçməmiz yanvarın 9-dan 27-dək Antalyada təlim-məşq toplanışında olacaq.