Reşford "Barselona"da çıxış edə bilər
"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını "Barselona"da davam etdirməyə yaxındır.
Sportline.az jurnalist Viktor Navarroya istinadən xəbər verir ki, "Barselona" Reşfordu transfer etmək üçün hərəkətə keçib.
27 yaşlı sol cinah vingeri müqavilə əsasında İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur.
Qeyd edək ki, Markus Reşford bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 asistlə yadda qalıb.
Onun transfer qiyməti 45 milyon avro olaraq təyin olunub.