Reşford İspaniya nəhənginə transfer olmağa yaxındır

"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Toni Xuan Martinin məlumatına istinadən xəbər verir ki, "Barselona" Reşfordu heyətinə qatmağa yaxındır. 

Oyunçunun meneceri Kataloniya klubunun rəhbərliyi ilə danışıqlar aparırır. 

Qeyd edək ki, Reşford "Barselona"da çıxış etməyə müsbət yanaşır. Bu səbəbdən digər klublardan gələn təklifləri rədd edib.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Markus Reşford müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur.