Reşfordun "Barselona" sevgisi

Ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirən ingiltərəli futbolçu Markus Reşford karyerasını "Barselona"da davam etdirmək istəyir.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, futbolçunun meneceri Kataloniya klubu ilə danışıqlara başlayıb.

Reşford müqavilə əsasında "Mançester Yunayted" klubuna məxsusdur. 

Qeyd edək ki, 27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

O, ötən mövsüm meydana çıxdığı 41 matçda 11 qol 9 məhsuldar ötürmə müəllifi olub.