Reşfordun transfer qiyməti bilinib
Ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirən ingiltərəli futbolçu Markus Reşfordun transfer qiyməti bəlli olub.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" 27 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.
Təcrübəli futbolçu karyerası ərzində çıxış etdiyi 457 matçda 147 qol 83 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Reşfordun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.