"Reyms"-"Lill" matçı oyunçunun zədəsinə görə yarım saat dayanıb

"Lill"in yarımmüdafiəçisi Anxel Qomes "Reyms"lə oyunun birinci hissəsində ciddi zədə alıb.

Sportline.az xəbər verir ki, top uğrunda mübarizədə "Reyms"in oyunçusu Kone çiyni ilə Qomesin başına zərbə endirib. Nəticədə 23 yaşlı futbolçu qazona yıxılaraq huşunu itirib. Kone qırmızı vərəqə ilə cəzalandırılıb.

Qomes 30 dəqiqə tibbi yardım göstərildikdən sonra meydandan çıxarılıb və oyun bərpa olunub.

"Lill" rəsmi hesabından verilən məlumata görə futbolçu özünə gəlib və hazırda xəstəxanadadır.