Riçard Almeyda Bakıdakı ən böyük problemindən danışıb
“Mənə, həm “Qarabağ”da, həm də millidə kifayət qədər yaxşı hörmət var. Maliyyə baxımından da burada xoşbəxtəm. Amma xoşbəxtliyim təkcə pula görə deyil. Ailəm və yaxınlarım üçün da Bakıda yaşamaq çətin deyil. Buranın insanları təvəzökardır və xarici vətəndaşlara daim kömək etməyə hazırdırlar”. Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı futbolçusu Riçard Almeyda ölkəsinin mətbuatına müsahibəsində deyib.
Riçard milli komandamızın DÇ-2018-in seçmə mərhələsinin son oyununda Almaniyaya 1:5 hesablı uduzduqları matç barədə də danışıb: “Almaniya Dünya çempionatının yarımfinalında Braziliyanı 7:1 udmuşdu. Həmin vaxt hamı onu yuxu sayırdı, amma gerçək idi. Almaniya ilə oyundan sonra komanda yoldaşlarıma biz 5-ni buraxdıq, Braziliya 7 qol buraxmışdı dedim. “Qarabağ”la isə “Çelsi” kimi böyük komandaya qarşı oynamaq imkanım var. Bu xəyallardır və gerçəkləşir. Çempionlar Liqasında çıxış etmək başqa hisdir”.
R.Almeyda onu da qeyd edib ki, ingilis dilini bilmədiyim üçün Azərbaycanda əvvəl problemlərlə üzləşib: "Tərcüməçim də olmadığı üçün “google translate”dən istifadə edirdim. Lakin uyğunlaşma dövrü sürətlə keçdi və özümü indi əla hiss edirəm. Futbolunsa dili yoxdur. Meydana çıxıb oynamalısan. Burda ən böyük problemim ətlə bağlıdır. Ən çox istifadə edilən qoyun əti yeməkdən bezmişəm”.