Riçard Almeyda: “Mən səni sevirəm, Azərbaycan”
“Qarabağ” bu gün məşqləri davam etdirib.
Sportline.az xəbər verir ki, komandanın bugünkü hazırlıq prosesində millimizin düşərgəsindən qayıdan oyunçular da iştirak edib.
Onlardan biri - Riçard Almeydanın hazırlıq məşq zamanı dediyi sözlər maraq doğurub. Milliləşdirilmiş braziliyalı futbolçu Azərbaycan dilində “Mən səni sevirəm, Azərbaycan!” sözlərini söyləyib.