Rikardo Kuarejma qərarını açıqladı

Portuqaliya millisinin sabiq üzvü Rikardo Kuarejma karyerası ilə bağlı qərarını açıqlayıb.

Sportline.az xəbər verir ki, son olaraq "Gimaraeş"in formasını geyinən 39 yaşlı yarımmüdafiəçi daha bir il peşəkar futbol oynamaq istədiyini bildirib: "Daha bir il futbol oynamaq niyyətindəyəm. Sonra karyerama layiq şəkildə futbolla vidalaşacağam".

Qeyd edək ki, karyerasına "Sportinq"də başlayan Kuarejma ardınca "Barselona", "Portu", "Çelsi", "Beşiktaş" kimi məşhur klubların şərəfini qoruyub.