Rio-2016: Daha bir gümüş medal qazandıq

Rio-2016 Yay Paralimpiya Oyunlarında mübarizə sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, idmançılarımız bu gün daha bir medal qazanıblar. 

Nizə atma yarışlarında İradə Əliyeva ikinci nəticə göstərməklə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, bu, Paralimpiya komandamızın 11-ci medalıdır (1 qızıl, 8 gümüş, 2 bürünc).