Rio-2016: Yelena Çebanudan növbəti medal

Rio-2016 Yay Paralimpiya Oyunlarında atletika yarışları davam edib. SportLine.az xəbər verir ki, qadınların uzunluğa tullanma növündə Azərbaycan Yelena Çebanu ilə təmsil olunub. Qaçış yarışlarında uğurlu çıxışla yadda qalan atletimiz, bu dəfə də ümidləri doğruldub. Ümumi nəticədə 2-ci olan Çebanu Paralimpiya komandamızın aktivinə daha bir gümüş medal yazdırıb.