Rişarlison: “Məni çox klub rədd edib”

“Tottenhem”in brazilyalı futbolçusu Rişarlison karyerası haqqında danışıb.

Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, Rişarlison karyerasının əvvəlində çətin günlərdən keçdiyini söyləyib. Hətta futbolçu karyerasını bitirmək belə istəyirdi.

“Məni rədd edən çox klub olub. Bu klubları saymaq üçün barmaqlarım belə yetməz. Futbolu buraxmağa hazır idim, lakin son cəhdimdə yalnız birtərəfli gediş pulu ilə Belo Horizonteəyə getdim. Əgər bacarmasaydım, evə qayıtmağa pulum yox idi”, - deyə Rişarlison bildirib.

Qeyd edək ki, Rişarlison karyerası ərzində “Amerika”, “Fluminense”, “Uotford” və “Everton” kimi klublarda çıxış edir.

27 yaşlı futbolçu “Tottenhem” klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.