"Rizespor" Çexiya klubunun futbolçusu üçün təklif göndərəcək

"Rizespor" Çexiya klubunun futbolçusu üçün təklif göndərəcək.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə klubu "Viktoria Pizen"in çexiyalı yarımmüdafiəçisi Lukas Kalvaçı heyətinə qatmaq istəyir. 

28 yaşlı yarımmüdafiəçinin hazırki dəyəri 2,5 milyon avro olduğundan "Rizespor" klubu futbolçunu icarə əsasında transfer etmək qərarına gəlib.

Qeyd edək ki, Lukas Kalavaç bu mövsüm çıxdığı 42 matçda 4 qol, 8 asistlə yadda qalıb.